Dekabrın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək. Bunu Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bu gün Moskvada keçirilən brifinqdə bildirib.
“2-3 dekabr tarixlərində RF XİN başçısı Lavrov Bakıya rəsmi səfər edəcək, Azərbaycan prezidenti İlham Əliyevlə görüşün keçirilməsi nəzərdə tutulub”, - Zaxarova bildriib.
O qeyd edib ki, səfər mövcud razılıqlar çərçivəsində baş tutacaq.
Zaxarovanın sözlərinə görə, səfərin proqramı ilə həmçinin Lavrovun Azərbaycanın xarici işlər naziri ilə danışıqları nəzərdə tutulur.
“İkitərəfli münasibətlərin inkişafı üzrə əsas məsələlərə dair dialoq davam etdiriləcək – siyasi, iqtisadi, humanitar sahələrdə. O cümlədən, 2020-ci il üçün nazirliklər arasında xarici siyasi məsləhətləşmələr planının imzalanması planlaşdırılır”, - Zaxarova əlavə edib. **
B.Rüstəmbəyov