2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 milyard 73,8 milyon manatlıq ($631,64 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 4% azalıb.
Cari ilin oktyabr ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 104,7 milyon manat məbləğində (ötən ilin oktyabr ayı ilə müqayisədə azalma 10,5% – İF) əməliyyat aparıblar.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 10,8% - 2 milyon 682,4 min nəfərədək artıb.
2018-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 278,4 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.*
B.Rüstəmbəyov