Azərbaycan prezidenti İlham Əliyev və Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak cümə axşamı Bakıda ticarət-iqtisadi əlaqələrin aktivləşdirilməsi məqsədilə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının yaradılması məsələsini müzakirə ediblər.
“Həmsöhbətlər Azərbaycan-Slovakiya hökumətlərarası birgə əməkdaşlıq komissiyasının yaradılması, kənd təsərrüfatı, əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - dövlət başçısının saytındakı məlumatda deyilir.
Əliyev qeyd edib ki, hər iki ölkə ticarət dövriyyəmizin artması üzərində diqqəti cəmləşdirməli və bunu etmək üçün yollar axtarmalıdır. “Zənnimcə, yollardan biri biznes dairələrimiz arasında daha fəal qarşılıqlı əlaqə ola bilər. Bəlkə də müəyyən mərhələdə biz potensialımızı təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik”, - dövlət başçısı vurğulayıb.
Əliyev qeyd edib ki, həmçinin Azərbaycan və Slovakiya müxtəlif nəqliyyat layihələri üzrə məsləhətləşmələrə başlaya bilər. “Bu yük daşımalarının artmasına təkan verə bilər”, - Azərbaycan lideri əlavə edib. **
Ə.Məmmədov