2019-cu ilin yanvar-oktyabr aylarında “Azexport.az” portalına ümumilikdə $477,4 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin sentyabr ayında ixrac sifarişlərinin dəyəri $41 mln. təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2019-cu il noyabrın 1-nə kimi ixrac sifarişlərinin dəyəri $1 mlrd. 466,5 mln.-a çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekbar ayında “Azexport.az” portalını istifadəyə verib.**
B.Rüstəmbəyov