Prezident İlham Əliyev Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi və yenidən qurulması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 11,1 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov