Prezident İlham Əliyev xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən Şamaxı Rayon İcra Hakimiyyətinə 7 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, küçələrin təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınmasına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
Ə.Məmmədov