Azərbaycanın energetika naziri Pərviz Şahbazovun dekabrda Vyanada OPEC+ ölkələrinin nazirlərin görüşündə iştirakı gözlənilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Zəminə Əliyeva məlumat verib.
“Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin dekabrda keçiriləcək görüşünə dəvət olunub və tədbirdə iştirak etməyi planlaşdırır”, - Əliyeva bildirib.
Nazirliyin məlumatına əsasən, dekabrın 4-də OPEC+ ölkələrinin razılaşmaların icrasına dair Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası, dekabrın 5-də - OPEC ölkələrinin energetika nazirlərinin 177-ci görüşü, dekabrın 6-da – OPEC+ üzv ölkələrinin energetika nazirlərinin görüşü keçiriləcək.
OPEC+ iştirakçılarının neft hasilatının məhdudlaşdırılmasına dair cari sazişi gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı ilə müqayisədə neft hasilatının 2020-ci ilin aprel ayına qədər azaldılmasını nəzərdə tutur. Saziş yarım il müddətinə 2018-ci ilin dekabr ayında imzalanıb, iyul ayında isə sazişin 2020-ci ilin aprel ayınadək uzadılmasına dair qərar qəbul olunub. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatının 20 min barel 776 min barrelədək azaldılmasına dair öhdəlik götürüb.
2019-cu ilin yanvar-oktyabr aylraında Azərbaycanda gündəlik neft hasilatı 762 min barrel təşkil edib.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.**
N.Abbasova