“AccessBank”ın işçilərinin könüllü tibbi siğortası üçün sığorta şirkətinin seçimi üzrə tender elan olunub.
“Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri təkliflərini 12 dekabr tarixinədək təqdim edə bilərlər”, - deyə kredit təşkilatından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Şirkətlər ətraflı məlumat əldə etmək üçün procurement@accessbank.az elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin 6 aparıcı bankından biridir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
A.Əzizov