Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” 2019-cu il dekabrın 23-dən Bakıdan Lvov şəhərinə (Ukrayna)birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə şirkətdən məlumat verilib.
“Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Beləliklə, aviaşirkətin Ukraynada istiqamətlərinin sayı 4-ə çatacaq”, - məlumatda qeyd olunur.
Aviaşirkətin məlumatına görə, minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri aviaşirkətin rəsmi saytında və satış ofislərində əldə etmək mümkündür.
Öncə “Buta Airways” Kiyev, Xarkov və Odessaya birbaşa uçuşlar açıb.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.**
N.Abbasova