Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Noyabrın 27-29-da Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib. Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb”, - deyə məlumatda bildirilir.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
“Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov