Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci il üçün yaşayış minimumu haqqında” qanun III oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
2019-cu il üçün yaşayış minimumu 180 manat məbləğində təsdiq edilmişdi. Beləliklə, 2020-ci il üçün yaşayış minimumu 2018-ci illə müqayisədə 5,6% artacaq.
Əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumu 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.
Parlament, həmçinin gələn il üçün ehtiyac meyarını 160 manat (2019-cu il üçün 143 manat) məbləğində təsdiq edib. Beləliklə, 2020-ci ildə bu göstərici 11,9% artacaq.*
Ə.Məmmədov