Milli Məclis Səbinə Əliyevanı İnsan Hüquqları üzrə yeni Müvəkkil (Ombudsman) vəzifəsinə təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Plenar iclasda səsvermə zamanı 104 deputat Səbinə Əliyevanın namizədliyini dəstəkləyib.
İndiyədək S.Əliyeva Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini olub.
Səbinə Əliyeva hakim “Yeni Azərbaycan” Partiyasının icraçı katbinin müavini, parlamentin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır.
Hazırki Ombudsman Elmira Süleymanova 2002-ci ilin iyul ayından bu vəzifəni tutub. **
Ə.Məmmədov