2019-cu ilin yekunları üzrə Azərbaycana turist axını 3 milyon nəfər təşkil edəcək. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “Azərbaycan Turizm Sammiti 2019” tədbirindən bəyan edib.
“Bu il Azərbaycana səfər edən turistlərin sayının 3 milyon nəfərədək artacağını gözləyirik”, - Zenqstşmid cümə günü bildirib.
2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 682,4 min nəfər turist gəlib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10,8% çoxdur.
2018-ci ildə Azərbaycana 2 milyon 844,889 min əcnəbi turist səfər edib. Beləliklə, 2019-cu ildə turist axınının artımı ən azı 7% təşkil edəcək.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev forumda çıxışında qeyd edib ki, 202-ci ildə müəyyən islahatların keçirilməsi planlaşdırılır.
“Bizim işimiz yalnız turistlərin cəlb olunmasından ibarət deyil. Turistlərin səfərdən məmnun qalmaları vacibdir ki, yenidən ölkəyə gəlsinlər. Əlbəttə ki, qısa zamanda bütün problemləri həll etmək mümkün deyil. Mütəmadi olaraq ictimaiyyət, turizm sahəsinin nümayəndələri və müvafiq strukturlarla birgə fəaliyyət göstərmək lazımdır”, - Nağıyev qeyd edib.
Öncə DTA sədri bəyan edib ki, Azərbaycan 2020-ci ilə qədər turist axınının 4-4,5 milyon nəfərədək artımını hədəf qoyur. **
X.Nəsirzadə