2020-ci ildə Azərbaycanda turistlərə Yardlım Mərkəzinin açılışı planlaşdırılır. Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov “Azərbaycan Turizm Sammiti 2019” tədbirində bəyan edib.
“Biz 2020-ci ildə turistlərə Yardlım Mərkəzi açmağı planlaşdırırıq. Hazırda bu istiqamətdə işlər son mərhələdədir”, - Qasımov qeyd edib.
O vurğulayıb ki, Mərkəz 9 müxtəlif strukturların xidmətlərini təklif edəcək.
Qasımovun sözlərinə görə, bu layihənin əlaqələndirilməsi çərçivəsində dövlət strukturlarının nümayəndələrindən ibarət olan 9 işçi qrup yaradılıb. **
X.Nəsirzadə