2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana ətir və ətir suyu idxalı ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində 22,5% və dəyər ifadəsində 1,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
“Hesabat dövründə ölkəyə gətirilən $12 milyon 848,3 min dəyərində ətir və ətir suyunun ümumi çəkisi 951,04 ton təşkil edib”, - hökumətdən bildiriblər.
Qeyd olunan məhsullatrın Azərbaycana tədarükçüşü qismində Fransa liderdir: cari ilin yanvar-sentyabr aylarında ümumi çəkisi 62,57 ton təşkil edən $5 milyon 41,31 min dəyərində ətir və ətir suyu idaxl olunub.
Həmçinin iri tədarükçülər sırasıa daxildir: İtaliya ($1 milyon 374,62 min dəyərində 21,88 ton), İspaniya ($1 milyon 308,78 min dəyərində 35,23 ton), Türkiyə ($1 milyon 273,96 min dəyərində 140,9 ton), Rusiya ($1 milyon 133,54 min dəyərində 162,52 ton). **
N.Abbasova