Prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin edib.
“Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovu prezidentin köməkçisi vəzifəsinə təyin etdim. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız”, - deyə dövlət başçısı bu gün İ.Məmmədovu qəbul edərkən bildirib.
O əlavə edib ki, İ.Məmmədov on ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*