Azərbaycan zəlzələnin baş verdiyi Albaniyaya 500 min avro məbləğində humanitar yardım göstərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Prezident İlham Əliyevin tapşırığı ilə baş nazir Əli Əsədov noyabrın 26-da Albaniyada baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə 500 min avro məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb”, – deyə məlumatda bildirilir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.*
B.Rüstəmbəyov