Azərbaycan prezidenti İlham Əliyev Əli Həsənovu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən azad edib.
Müvafiq sərəncam cümə günü dövlət başçısının saytında dərc olunub.
Bundan əlavə, prezident Əliyev cümə günü həmçinin Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. **
A.Əzizov