Azərbaycan Ordusu Dağlıq Qarabağ münaqişəsi zonasında itki verməyib. Bu barədə “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır. Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə Həşimov Səbuhi Səttarxan oğlu ad və soyadda hərbi qulluqçumuz yoxdur.”, - nazirlikdən qeyd ediblər.
Vurğulanıb ki, son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir.
“Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik", - nazirlikdən bəyan olunub. **
Ə.Məmmədov