Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, dəyəri $38 milyard təşkil edəcək “Cənub Qaz Dəhlizi” üzv ölkələri arasında körpülər yaratmağa imkan yaradacaq və onlar arasında daha iri sazişlərin bağlanmasına səbəb olacaq.
“TANAP ümumi dəyəri $38 milyard təşkil edən nəhənq layihə olan CQD-nın bir hissəsidir. CQD 4 layihədən ibarətdir, bunun 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin(CQBK) genişləndirilməsi və TANAP – artıq başa çatıb. Dördüncü, TAP layihəsinin 90%-dən çoxu artıq icra olunub və mən əminəm ki, bu layihə də vaxtında yerinə yetiriləcək. Bu gün CQD 7 ölkəni birləşdirir və artıq beynəlxalq layihəyəçevrilib. Əminəm ki, bu layihə körpülər yaradacaq və onların arasında daha iri sazişlərə gətirəcək. Üçünün Aİ-yə üzv ölkənin olduğu həmin 7 ölkə birgə əməkdaşlığı uzun müddət davam etdirəcək və bu layihənin bəhrəsini birlikdə görəcəklər”, - Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində bəyan edib.
Qeyd edək ki, əvvəl CQD-nın dəyəri $40 milyard səviyyəsində qiymətləndirilirdi.
Dövlət başçısı əminlikdə bildirib ki, TANAP-ın ömrü uzun olacaq və Azərbaycan və Türkiyə və digər qonşu xalqlara fayda gətirəcək.
“Bu gün tarixi – 4 il öncə təməli qoyulan TANAP-ın Avropa ilə birləşdiyi gündür. Lakin bu layihənin tarixi hələ İstanbul sazişinin imzalandığı 2012-ci ildə başlayıb. Bu sazişdən əvvəl Azərbaycan qazının Türkiyəyə, sonra isə Avropaya nəqli məsələsi uzun müddət danışıqlar və mübahisələrin mövzusu olub. O zaman biz Türkiyə ilə bu nəhəng layihəni birgə reallaşdırmaq qərarına gəldik. Hazırda bizim BP kimi tərəfdaşlarımızvar, lakin əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürdü”, - Azərbaycan prezidenti bildirib.
Dövlət başçısı qeyd edib ki, bu layihələr enerji əhəmiyyəti ilə yanaşı həm də bir sıra layihələr reallaşdırmağa imkan verib.
“Bu layihələr sayəsində qitələri birləşdirməyə imkan verəı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi reallaşdırılıb. Digər layihə elektrik enerjisinin nəqlidir ki, onun hesabına öz elektrik enerjimizi Türkiyə və Gürcüstana satırıq”, - dövlət başçısı qeyd edib.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 mlrd. kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
2018-ci ildə TANAP qaz kəməri ilə 916,4 milyon kubmetr qaz nəql edilib. “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanovun sözlərinə görə, 2019-cu ildə kəmərlə 3 milyard kubmetr qaz tədarük olunacağı gözlənilir, 2020-ci ildə tədarükün illik həcmi 6 milyard kubmetr təşkil edəcək.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəmərinin fəaliyyəti Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
Ə.Məmmədov