Azərbaycanın gömrük orqanları rekord həddə 933 kq-dan çox heroinin ölkə ərazisindən tranzitinin qarşısını alıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Azərbaycan Respublikası vətəndaşı Ramiz Hüseynov İran İslam Respublikasının "Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal" şirkətinə məxsus “Volvo” markalı yük avtomobilinin qoşqusunda 933,15 kq heroini qanunsuz keçirməyə cəhd edib, lakin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb”, - DGK-dan qeyd ediblər.
Hüseynov heroini İrandan Ukraynaya aparmaq istəyib.
“Heroin meyvə qablaşdırılmasında istifadə olunan 1884 ədəd dördkünc formalı bağlamalarda aşkar olunub”, - Komitədən məlumat verilir.
Xatırladaq ki, dörd gün əvvəl Azərbaycan gömrükçülərinin həyata keçirdiyi uğurlu əməliyyatı zamanı Azərbaycandan tranzit keçməklə 304,154 kq heroinin İrandan Ukraynaya daşınmasının qarşısı alınıb. Ümumilikdə, 4 gün ərzində gömrükçülər tərəfindən 1 ton 240 kiloqram heroin aşkar edilib. **
Ə.Məmmədov