Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaiqşəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Bunu RF XİN qeyd edir.
“Rusiya Dağlıq Qarabağ münaiqşəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir. Dağlıq Qarabağ münaiqşəsinin həllində tərəflərə kömək Rusiya Rusiyanın xarici siyasət prioritetlərinə aiddidr, Rusiya prezidentinin diqqət mərkəzindədir”, - RF XİN-in Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2-3 dekabr tarixlərində Azərbaycana rəsmi səfəri ilə əlaqədar şərhində deyilir.
XİN münaqişənin yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna biləcəyinə əsaslanır. “Bundan sonra da həm Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri tərkibində, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlərmizi nəzərə alaraq milli zəmində nizamlanmanın əldə olunmasına imkan yaradacağıq”, - XİN-dən vurğulanır. **
A.Əzizov