3-6 dekabr tarixlərində Azərbaycanda “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək.
Bazar ertəsi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə mətbuat konfransında bəyan edib ki, bu sərgi regionda əsas sərgilərdən biridir.
“25 il ərzində sərgimizdə 3 minə yaxın şirkət, 160 mindən artıq qonaq iştirak edib”, - Vəlizadə qeyd edib.
“Bakutel 2019”-da dünyanın 25 ölkəsindən 238 iştirakçı təqmin olunacaq. Ölkələrinin ticarət-sənaye palatalarəı və səfirliklərinin dəstəyi ilə tərkiblərinə aparıcı İT şirkətlərinin daxil olduğu milli qruplarla Belarus, İsrail, İtaliya, İran, Sloveniya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Xorvatiya və s. çıxış edəcəklər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli qeyd edib ki, sərgidə fəaliyyətin müxtəlif sahələri üçün layihələrinin təqdimatını keçirəcək Azərbaycandan 50 startap təqdim olunacaq.
“İlk dəfə sərgidə texnoloji oyunlar və robotların həvəskarını maraqlandıracaq robopark üçün yer ayıracağıq”, - Kərimli qeyd edib.
Bundan əlavə, qabaqcıl xidmətıərin nümayişi üçün ənənəvi meydançaya çevrilən sərgidə yerli və xarici iştirakçılar əyləncə, ağıllı texnologiyalar, rəqəmsal texnologiyalar, məlumatların monitorinqi və təhlili sahəsində qabaqcıl nailiyyətlərini, həmçinin dövlət sektorunda rəqəmsal həllərin təqdimatını keçirəcəklər. **
X.Nəsirzadə