Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 100 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank dekabrın 2-də keçirilən hərracda 100 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 655 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 6,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
A.Əzizov