“Acer” şirkəti beynəlxalq bazarlarda Azərbaycan startaplarını dəstəkləyəcəyinə hazırlığını ifadə edib. Bunu “Acer” şirkətinin vitse-prezidenti Qriqori Nizovski bazar ertəsi “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinə həsr olunan mətbuat konfransında deyib.
“2020-ci ildə şirkətimizin reallaşdıracağı proqram çərçivəsində Şərqi Avropa, həmçnin Azərbaycandan olan startaplar və ya artıq iri şirkətlər Şərqi Avropa bazarlarına çıxış əldə edəcəklər”, - Nizovski qeyd edib.
O cümlədən, vitse-prezident əlavə edib ki, şirkət uzun illərdir iri riteyl ilə işləyir, logistikada eskeprtiza və sığorta şirkətlləri ilə formalaşan münasibətlər yeni məhsulun “optimal müddətdə rəflərə çıxmasına” imkan yaradacaq.
Həmçinin təqdimatda Avropanın təhsil sahəsində ən populyar məhsulu olan Travelmate B118 noutbuku nümayiş etdirilib.
Bundan əlavə, təşkilatçılar mətbuat konfransında müərəkkəb, daha çox qrafik və ya video kontentin yaradılması üçün texnikadan ibarət Concept D yeni məhsulu təqdim ediblər.
“Acer”in bu və digər son yenilikləri 3-6 dekabr tarixlərində Bakıda keçiriləcək “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim ediləcək. **
X.Nəsirzadə