Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar şəhərində Mübariz İbrahimov küçəsinin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması işləri üçün podratçı cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, Biləsuvar rayon İcra Hakimiyyəti bu məqsədlə “Cənub Təmir Tikinti -1” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 2,855 milyon manat təşkil edir. **
X.Nəsirzadə