2006-2019-cu illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 27,677 min ipoteka krediti verilib.
Cari ilin 11 ayı ərzində İKZF-nin xətti ilə 2,452 min ipoteka krediti verilib.
Ümumilikdə, 2019-cu il dekabrın 1-nə İKZF-nin xətti ilə 1 milyard 375 min manat məbləğində, həmçinin yanvar-noyabr aylarında 158 milyon 830,053 min manat məbləğində ipoteka krediti verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə İKZF-nin agent bankları tərəfindən 273 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
Ə.Məmmədov