Azərbaycan prezidenti İlham Əliyev Gündüz Kərimovu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edib.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Hazırki təyinatdan öncə Gündüz Kərimov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi vəzifəsini tutub. **
N.Abbasova