1 noyabr 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,612 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 4,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrın 1-nə Bakıda 1,402 min ədəd (hesabat dövründə artım 5,5%), bölgələrdə 1,21 min ədəd (artım 3,2%) bankomat quraşdırılıb.
2019-cu il noyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,608 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,8% azdır.
Bununla yanaşı, Bakıda 39,634 min ədəd (artım 1,7%), regionlarda 25,974 min ədəd (azalma 4,3%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 64,219 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.**
Ə.Məmmədov