Azərbaycan prezidenti İlham Əliyev Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
“Hörmətli Vladimir Vladimiroviç, Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”, - Azərbaycan liderinin saytında dərc olunan başsağlığı məktubunda deyilir.
Ötən bazar günü Sretensk-Çita marşrutu ilə hərəkət edən sərnişin avtobusu dekabrın 1-də körpüdən Kuenqa çayına düşüb (9-12 metr yüksəklikdən). Qəza nəticəsində 19 nəfər həlak olub. **
A.Əzizov