Xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi İsrailin Bakıdakı yeni səfiri Corc Dikin etimadnaməsinin surətini qəbul edib.
“Görüşdə həmsöhbətlər enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər”, - XİN-dən məlumat verilir.
Məmmədyarov Dikin fəaliyyətinin “iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə” ümid etdiyini bildirib.
Öz növbəsində, Dik diplomatik fəaliyyəti dövründə İsrail ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib. **
Ə.Məmmədov