Nazirlər Kabineti 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
Sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz bayramı qeyd olunacaq.
Mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib. **
Ə.Məmmədov