Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin iatisadiyyatına yatırımları 347 milyon dollar həcmində qiymətləndirilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard. ABŞ dolları investisiya qoyub, Azərbaycan BƏƏ-nin iqtisadiyyatına 347 milyon dollar sərmayə yatırıb", - Cabbarov bazar ertəsi BƏƏ-nin yaranmasının 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bəyan edib.
Cabbarov bildirib ki, Azərbaycanla BƏƏ arasında iqtisadi münasibətıərin dinamik inkişafı möhkəm təmələ əsaslanır. “İkitərəfli münasibətlər inkişaf edir və onlar yülsək siyasi dialoqa əsaslanır. Bütövlükdə, Azərbaycan BƏƏ ilə əməkdaşlığa böyük önəm verir”, - o əlavə edib.
Onun sözlərinə görə, 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38%, 2019-cu ilin 10 ayı ərzində - 26,4% 57 milyon dollaradək artıb.
Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə BƏƏ-yə minnətdarlığını bildirib.
Öz növbəsində, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənidirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, yüksək səviyyədə qarşılıqlı səfərlər, ticarət dövriyyəsinin artımı, turist axınının artması müxtəlif istiqamətıərdə ikitərəfli əlaqələrin möhkəmlənmsindən xəbər verir. “Əminəm ki, bütün bu nailiyyətlər və uğurlar birgə səylərimizin nəticəsidir”, - diplomat qeyd edib. **
A.Əzizov