Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda mövqeyi səmərəsizdir.
“Səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır”, - Əliyev bazar ertəsi Bakıda Rusiya Federasiyasının xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.
Söhbətin mətni Azərbaycan liderinin saytında dərc olunub.
Əliyev Ermənistanın baş nazirinin bu bəyanatını “qəribə” adlandırıb. “Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib”, - o qeyd edib.
Prezident əlavə edib ki, Azərbaycan münaqişənin həlli məqsədilə Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcək. ”Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın xarici İşlər nazirlərinin görüşü olacaq (dekabrın 4-də Bratislavada - İF). Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz”, - Əliyev vurğulayıb. **
A.Əzizov