Azərbaycan prezidenti İlham Əliyev Daşqın İskəndərovu SOCAR-ın (ARDNŞ) neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edib. Bu barədə SOCAR şirkətinin “Azneft” İstehsalat Birliyinin məlumatında deyilir.
“Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub”, - “Azneft” İB-nin məlumatında qeyd olunur.
Öncə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsini Rəhman Qurbanov tutub.
Hazırki təyinata qədər Daşqın İskəndərov “Azneft” İB-nin baş direktoru olub. **
N.Abbasova