2019-cu il dekabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $62 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək 105 mln. 197,683 min manat (cari məzənnə ilə $61,9 mln.-a yaxın), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
A.Əzizov