2020-ci il yanvarın 1-dən Vergilər Nazirliyi ticarət və xidmət obyektlərində pos-terminalların quraşdırılmasından yayınma və müştərilərə onların təqdim olunmasından imtina hallarına görə sanksiyalar tətbiq edəcək. Bunu Vergilər Nazirliyinin vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.
“Bu cür fakta görə təqvim ili ərzində cərimənin məbləği 1 min manat təşkil edəcək. Həmin il ərzində ikinci pozuntu halına görə - 3 min manat, üçüncü və daha çox hallara görə - 6 min manat təşkil edəcək”, - Musayeva bu gün keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2019-cu il noyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,608 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,8% azdır.
Pərakəndə ticarət obyektlərində 64,219 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.**
Ə.Məmmədov