Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda durğunluq vəziyyəti yaranıb”, - Məmmədyarov çərşənbə axşamı rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarn yekunları üzrə bildirib.
Məmmədyarov qeyd edib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. “İlk növbədə, əlbəttə ki, ordu kazarmalara qayıtmalıdır, çoldə olmamalıdır. Daha sonra qaçqınların qaytarılması, iqtisadi imkanların və yolların təcrid olunmasının aradan qaldırılması barədə düşünmək olar”, - Məmmədyarov bildirib.**
Ə.Məmmədov