Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyan ilə Bratislavada keçiriləcək görüşün yekunlarına dair Dağlq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara prosesində müəyyən irəliləyiş gözləyir.
“Mövcud status-kvo heç kimi qane etmir. Həmsədrlər hər bayanatda bunu qeyd edirlər. Həll yolu tapmaq lazımdır”, - Məmmədyarov Bakıda RF XİN başçısı Sergey Lavrov ilə görüşün yekunlarına dair mətbuat konfransında bildriib.
Eyni zamanda, Məmmədyarov qeyd edib ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə keçiriləcək görüşün (dekabrın 4-də Bratislavada - İF) yekunları üzrə danışıqlar prosesində müəyyən irəliləyişə ümid edir.
O cümlədən, Məmmədyarov Mnatsakanyanın görüşdə Qarabağın statusu və təhlükəsizlik məsələlərinin müzakirə olunacağına dair bəyanatını şərh edib. “Status ilə bağlı hər şey aydındır. Əhali normal həyata qayıtmalıdır. Təhlükəsizliyə gəlincə, burada həm Ermənistanın, həm də bizim qənaətimiz var. Anlayırıq ki, ilk növbədə Silahlı Qüvvələri kazarmalara qayıtmalıdır. Bəli, təhlükəsizliyin olması vacibdir. Lakin bu Azərbaycan üçün, Qarabağdakı əhalisi üçün də vacibdir. Dağlıq Qarabağdan ona qaçqınlar normal həyata qayıtmalıdırlar. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik məsələsəsinin həlli ilə bağlı məruzə hazırlamaq üçün həmsədrlərə müraciət etmişik. Düşünürəm ki, sabah biz həmin yeni predmet müzakirələrə başlayacağıq”, - Məmmədyarov bəyan edib. **
Ə.Məmmədov