Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr Protokolu imzalanıb. Bunu Azərbaycanın XİN başçısı Elmar Məmmədayrov bu gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair bəyan edib.
“Danışıqlar olduqca məzmnlu keçdi. Azərbaycanla Rusiya arasında gələn il üçün siyasi məsləhətləşmələrə dair protokol imzaladıq”, - Məmmədyarov mətbuat konfransında bildirib.
Məmmədyarov qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji əməkdaşlığın uğurlu, hətta nümunəvi misalıdır.
“Ticarət dövriyyəmiz artmaqda davam edir və ilin sonuna qədər 3 milyard dollara çatacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazda Rusiyanın ticarət tərəfdaşıdır. Həmçinin qarşılıqlı sərmayələr fəal inkişaf edir. Azərbaycanın Rusiyaya sərmayələri 1,2 milyard dollar, Rusiyanın Azərbnaycana isə - 4,9 milyard dollar təşkil edib. Bunun 4 milyard dollara yaxın məbləği neft sektoruna, təqribən 1 milyard dolları – qeyri-neft sektoruna yatırılıb”, - Azərbaycan XİN başçısı bəyan edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.**
Ə.Məmmədov