Ermənistanın nümayəndə heyəti Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (Avropa İttifaqının TRACECA proqramı) hökumətlərarası tədbirlərində iştirak məqsədilə Azərbaycana səfər etməyi planlaşdırır.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı qərara əsasən, 4-7 dekabr tarixlərində Ermənistanın nümayəndə heyəti TRACECA-nın 20 illiyinə həsr olunan iclas və konfransda iştirak üçün Bakıya səfər edəcək.
TRACECA 1993-cü ildə Avropa İttifaqının təklif etdiyi hərtərəfli əməkdaşlıq proqramıdır. 2000-ci ildə Hökumətlərarası Komissiya yaradılıb.