2019-cu il noyabrın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 mlrd. 183,1 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 9,9% artıb.
Noyabrda AMB-nin valyuta ehtiyatları 0,6% və ya $38,4 mln. artıb.
2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.**
Ə.Məmmədov