Azərbaycan prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyinə məbləğin 7 milyon 511,4 min manat ayırmağı tapşırıb.
Prezident Əliyev çərşənbə axşamı müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, vəsait Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılmasına yönəldiləcək.
Vəsait “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
X.Nəsirzadə