Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etmək məqsədilə Bratislava şəhərinə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilib.
Bundan əlavə, dekabrın 4-də Bratislavada E.Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində görüş keçirəcək. **
N.Abbasova