2020-ci ildə Azərbaycanda heyvanların eyniləşdirilməsi üzrə işlərə başlanacaq. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə bildirib.
“Bizim üçün heyvanların sağlamlığı və xəstəliklərin qarşısının alınması məsələsi çox vacibdir, çünki əks halda qida təhlüksəizliyinin təminatı mümkün olmur”, - o qeyd edib.
Təhməzli bəyan edib ki, 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Abşeron rayonunda, gələcəkdə isə ölkənin digər regionlarında xırda və iri buynuzlu heyvanların eyniləşdirilməsi üzrə pilot layihə həyata keçiriləcək.
Bundan başqa, Agentliyin sədri qeyd edib ki, cari ilin əvvəlindən baytarlıq və fitosanitar prosedurlar nəticəsində 665 ton keyfiyyətsiz qida məhsulları, 13,355 litr spirtli və spirtsiz çkilər, 800 tondan çox bu cür qida məhsulları zərərsizləşdirilib. O cümlədən, qida təhlükəsizliyi standartlarına uyğun olmaması səbəbindən 1,958 min ton ərzaq məhsulunun idxalına qadağa qoyulub.
Təhməzli əlavə edib ki, Azərbaycan dünyada qida təhlükəsizliyi indeksinə lider mövqeyini tutur. “Bu indeks dünyada 100 ballıq şkala ilə ölçülür. Azərbaycan bölkədə istejsal olunan və idxal olunan ərzaq məhsulları üzrə bu indeks üzrə 89 bal toplayıb”, - Təhməzli qeyd edib.
O vurğulayıb ki, AQTA-nın fəaliyyəti dövrü ərzində 694 qida zəhərlənməsi faktı qeydə alınıb. **
X.Nəsirzadə