Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bratislavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir.
“Bratislavada Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endrü Şofer və Stefan Viskonti ilə görüşü başlayıb”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva Twitter-də yazıb.
Xəbər verildiyi kiimi, dekabrın 4-də axşam E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə görüş keçirəcək. **
A.Əzizov