2019-cu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə əlavə daxilolmalar 934 milyon manat təşkil edib. Bunu prezident İlham Əiyev deyib.
“Bu gün mənə verilən məlumata əsasəm, 11 ay ərzində vergi və gömrük orqanları tərəfindən dövlət büdcəsinə əalvə olaraq 934 milyon manat vəsait daxil olub. Bunun əsas səbəbi kadr islahatlarıdır”, - Əliyev çərşənbə günü Hacıqabul rayon və Naftalan şəhər İcra Hakimiyyətlərininin yeni başçılarını qəbul edərkən deyib.
2019-cu il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 milyard 168 milyon manat, xərclər üzrə - 25 milyard 190 milyon manat təşkil edir. Cari il üçün dövlət büdcəsinin kəsiri 2 milyard 22 milyon manat və ya ÜDM-in 2,5% səviyyəsində proqnozlaşdırılır.
Ölkədə aparılan kadr islahatlarına toxunan Əliyev qeyd edib ki, onlar davam etdiriləcək.
“Bütün təyin edilmiş yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir. Və siz də belə işləməlisiniz", - Əliyev bildirib.
Prezident əlavə edib ki, struktur islahatların məqsədi ölkənin inkişafının təmin edilməsi, idarəçilik sistemində müasir standartların tətbiq olunmasıdır.
“Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, əhalinin əksəriyyəti islahatları dəstəkləyir. Bu səbəbdən, kadr və digər islahatları davam etdiriləcək”, - Əliyev bildirib. **
Ə.Məmmədov