Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Bratislavada Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində görüş keçirirlər.
“Bratislavada Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb. Görüşdə həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak edirlər”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva Twitter-də yazıb.
Bu, 2019-cu ildə Azərbaycan və Ermənistan XİN başçılarının 5-ci görüşüdür.
Öncə çərşənbə günü E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. **
A.Əzizov