2019-cu ilin 9 ayı ərzində Azərbaycandan Rusiyaya səfərlərin sayı 19 min artıb. Bu barədə TurStat portalı məlumat verir.
TurStat analitik agentliyin məlumatına əsasən, cari dövr ərzində Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 684 min təşkil edib. Bununla, cari il ərzində ölklərin Top-reytinqində Azərbaycan 4-cü yerdə qərarlaşıb.
“2019-cu ildə Rusiyaya səfər turizmi üzrə ilk onluğa əcnəbilərin turist səfərləri üzrə həmçinin aşağıdakı ölkələr daxil olub: Ukrayna (5 milyon 944 min səfər), Qazaxıstan (2 milyon 716 min), Çin (1 milyon 594 min), Finlandiya (681 min), Almaniya (592 min), Polşa (497 min), Ermənistan (420 min) və Estoniya (383 min)”, - agentlik qeyd edir. **
X.Nəsirzadə