Vergilər Nazirliyi minik avtomobillərinin satın alınmasına 328,3 min manat yönəldib.
www.tender.gov.az saytının məlumatına görə, "Kia Motors AZ" MMC ilə “KİA” markalı minik avtomobillərinin satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 244,9 min manatdır.
Bundan əlavə, nazirlik “Hyundai” markalı minik avtomobillərinin satın alınmasına dair “Auto Azərbaycan” MMC ilə müqavilə imzalayıb. Qeyd edilən müqavilənin dəyəri – 83,4 min manatdır. **
Ə.Məmmədov